“Neftçi” və “Sabah”ın səfər sınağı - AFİŞA

10:14 - 22 Aprel 2023

“Neftçi” və “Sabah”ın səfər sınağı - AFİŞA

Azərbaycan Premyer Liqasında XXXI tur davam edir.

 

Manset.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Sabah”ı qəbul edəcək. Hazırda meydan sahibləri 29 xalla 6-cı, qonaqlar isə 68 xalla 2-ci pillədə qərarlaşıblar.

Günün son oyununda “Neftçi” “Səbail”in qonağı olacaq. “Ağ-qaralar” 60 xalla 3-cü “dənizçilər” isə 21 xalla sonuncu - 10-cu sırada yer alıblar.

Azərbaycan Premyer Liqası

XXXI tur

22 aprel (şənbə)

16:00. “Turan Tovuz” - “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Tovuz şəhər stadionu.

18:30. “Səbail” - “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"ASCO Arena".

Qeyd edək ki, XXXI turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Kəpəz”lə 1:1, “Qarabağ” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Tura sabah keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı ilə yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az