“Neftçi” “Səbail”lə bacarmadı

20:31 - 22 Aprel 2023

“Neftçi” “Səbail”lə bacarmadı

Azərbaycan Premyer Liqasında XXXI turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, ikinci oyun gününün son qarşılaşması “Neftçi” ilə “Səbail” arasında baş tutub.

Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Şamaxı” – “Kəpəz” (1:1) və “Qarabağ” – “Zirə” (2:2) matçılarında qalib müəyyənləşməyib. Bu gün keçirilmiş ilk oyunda isə “Turan Tovuz” doğma meydanda “Sabah”a 0:2 hesabıyla uduzub.

Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXXI tur

22 aprel

“Səbail” – “Neftçi” 1:1

Qol: Maksim Çex, 32 – Yeqor Boqomolski, 8.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev

“ASCO Arena”, 18:30.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az