Güləşçilərimiz finalda uduzdu

23:24 - 22 Aprel 2023

Güləşçilərimiz finalda uduzdu

Bu gün 4 güləşçimiz medal görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, onlardan 3-ü qızıl medal üçün mübarizə aparıb.

İkiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) finalda Adem Uzunla qarşılaşıb və rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Taleh Məmmədov (63 kq) həlledici görüşdə Leri Abuladzeyə (Gürcüstan) uduzub.

Sabah Şəriəti (130 kq) finalda Rza Kayaalpa (Türkiyə) uduzub.

İslam Abbasov (87 kq) isə bürünc medal uğrunda görüşdə Laşa Qobadzeyə (Gürcüstan) uduzub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az