Renat Dadaşov qol vurdu - Komandası qalib gəldi

11:08 - 23 Aprel 2023

Renat Dadaşov qol vurdu - Komandası qalib gəldi

İsveçrə Super Liqasında 29-cu turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Vintertur"un qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Renat Dadaşov matçda start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. Renat komandasının ikinci qolunun müəllifi olub. 45+1-ci dəqiqədə fərqlənən 23 yaşlı forvard hesabı 2:0 edib. Bu, Renatın mövsümdə 7-ci qoludur.

Xallarını 37-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az