PSJ-nin hücumçusu Lionel Messinin üzr videosu ilə çıxış etməsinim təfərrütları məlum olub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, argentinalının nümayəndələri futbolçunun Səudiyyə Ərəbistanına icazəsiz səfərindən sonra klubu ilə gizli razılaşma əldə edib.
Bu yaxınlarda Messi "Lans"a Liqa-1-dəki məğlubiyyədən sonra PSJ-yə xəbərdarlıq etmədən Səudiyyə Ərəbistanına səfər edib. Bundan narazı qalan klub futbolçunu 2 həftəliyə əsas komandadan kənarlaşdırıb.
"RMC Sport" yazır ki, bundan sonra Messinin nümayəndələri münasibətlərdəki gərginliyi aradan qaldırmaq və güzəştə getməklə bağlı klubla əlaqə qurublar. PSJ tələb edib ki, Messi Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün üzr videosu yaymalıdır. Klub vəd edib ki, yalnız bundan argentinalı əsas komandada məşqləri bərpa edə biləcək.
Nəticədə futbolçu klubun şərtini yerinə yetirib. Bundan sonra o, məşqlərə qayıdıb.