UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.
Manset.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, AL-də bu ada İspaniya "Sevilya"sından İvan Rakitiç, KL-də isə İngiltərənin "Vest Hem" komandasından Səid Benrahma sahib çıxıb.
Xorvatiyalı yarımmüdafiəçi səsvermədə İtaliya "Roma"sından Nemanya Matiç, Edmond Tapsoba və "Yuventus"dan Federiko Qattini qabaqlayıb. Əlcəzairli hücumçu isə komanda yoldaşı Deklan Raysı, İtaliya "Fiorentina"sından Kristiano Biraqini və İsveçrə "Bazel"indən Andi Diufu geridə qoyub.