Çempion baş məşqçi “Napoli”ni tərk edir

16:25 - 22 May 2023

Çempion baş məşqçi “Napoli”ni tərk edir

Luçano Spaletti mövsümün sonunda “Napoli”dən ayrılacaq.

 

Manset.az xəbər verir ki, 64 yaşlı mütəxəssis klub prezidenti Aurelio De Laurentislə problemə görə postunu tərk edəcək. Onun gedişinin iyunun 4-də - İtaliya A Seriyasında “Sampdoriya”ya qarşı son tur oyunundan sonra elan olunacağı gözlənilir.

Qeyd edək ki, klub prezidentinin Spalettinin fikrini öyrənmədən mütəxəssislə müqaviləni daha bir mövsümlük artırması ikilinin münasibətlərini pozub.

Xatırladaq ki, təcrübəli çalışdırıcı bu mövsüm “Napoli”ni İtaliya çempionu edib. Komanda 33 il sonra bu uğura nail olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az