Türkiyənin “Qalatasaray” klubu yeni transfer edib.
Manset.az Trt Haber-ə istinadən bildirir ki, “Qalatasaray” “Tümosan Konyaspor”dan rumıniyalı futbolçu Alexandru Cicaldau-nu 1 illik icarəyə götürüb.
Bundan əlavə, ötən mövsüm “Konyaspor”dan transfer olunan Abdülkerim Bardakcının bu transfer müqabilində qalan borcunun da silinəcəyi bildirilib.
Qeyd edək ki, bu mövsüm Avstriya düşərgəsinə aparılmayan Cicaldau Floryada fərdi çalışıb.
Fatih Terim dönəmində Rumıniyanın Krayova şəhərindən 7 milyon avroya transfer olunan 26 yaşlı futbolçu ötən mövsüm Kəlbə komandasına icarəyə verilmişdi.
Bildirək ki, Rumıniyalı futbolçunun maaşını sarı-qırmızılılar ödəyəcək.
Jalə
Manşet.az