"Qalatasaray"da ayrılıq - FOTO

19:28 - 31 İyul 2023

\"Qalatasaray\"da ayrılıq - FOTO

"Qalatasaray" akademiyasında yetişən yarımmüdafiəçi Atalay Babacanla yollarını ayırdıqlarını açıqlayıb.

 

Manset.az HaberGlobal-a istinadən məlumat verir ki sarı-qırmızılı klubun sosial media hesabından paylaşılan paylaşımda "Akademiyamızda yetişən Atalay Babacana "Qalatasaray" forması ilə göstərdiyi zəhmətə görə təşəkkür edirik. Ona gələcək karyerasında uğurlar arzulayırıq", - qeyd olunub.

2013-cü ildə “Dənizlispor”dan “Qalatasaray”a transfer olunan Atalay 2020-2021 mövsümünü “Adanaspor”, 2021-2022 mövsümünün ikinci yarısını “Ümraniyespor”da, 2022-2023 mövsümünü isə icarə əsasında Sarıyerdə keçirib.

Üç Superliqa və Türkiyə Kuboku və 1 UEFA Çempionlar Liqasının seçmə mərhələsində sarı-qırmızılı formada tər tökən 23 yaşlı futbolçu 1 dəfə qol sevincini yaşayıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az