“Fənərbağça” cavab oyununa çıxır - Konfrans Liqası

09:55 - 01 Avqust 2023

“Fənərbağça” cavab oyununa çıxır - Konfrans Liqası

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Manset.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu da ikinci matçını keçirəcək. İstanbul təmsilçisi Moldovada “Zimbru”nun qonağı olacaq.

Kişineuda “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

“Fənərbağça” Türkiyədəki ilk matçda rəqibini darmadağın edib - 5:0.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi (cavab oyunu)

1 avqust

21:30. “Zimbru” (Moldova) - “Fənərbağça” (Türkiyə)

İlk oyun - 5:0.

Qeyd edək ki, Azərbaycanın turnirdə təmsilçiləri olan “Neftçi”, “Sabah” və “Qəbələ” avqustun 3-ü meydana çıxacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az