Zədəsi səbəbindən meydandan kənarda qalan Arda Gülərin son vəziyyəti ilə bağlı İspaniya mətbuatında xəbərlər yer alıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbağça"dan "Real"a transfer olunan və zədəsi səbəbindən meydana çıxa bilməyən Arda Gülərin 2 ay müddətində dönüş edəcəyi açıqlanıb.
Bildirilib ki, futbolçu sentyabrın sonunda meydanda çıxış edə biləcək.
İyulun 22-də ilk dəfə sağ dizindən zədə alan Arda Gülər o vaxtdan bəri xüsusi nəzarətlərlə məşqdə iştirak edir.
Real Madrid hələlik Arda Gülərin müalicə prosesi və sahələrə təxmini dönüş vaxtı ilə bağlı rəsmi açıqlama verməyib.
Aygün
Manşet.az