"Bakıya qələbə üçün gəlmişik" - "Rakov"un baş məşqçisi

18:56 - 01 Avqust 2023

\"Bakıya qələbə üçün gəlmişik\" - \"Rakov\"un baş məşqçisi

"Bu gün burada olmağımıza görə şadıq. Bu, iki eyni gücə malik komandanın qarşıdurmasıdır. Həm “Qarabağ”, həm də “Rakov” özünəməxsus oyun stilinə malikdir”.

 

Manset.az xəbər verir kiŞ bunu “Rakov”un baş məşqçisi David Şvarqa sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri qarşılaşma barədə danışarkən deyib. 

33 yaşlı məşqçi oyunöncəsi mətbuat konfransında sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib: “İlk matçda “Qarabağ”ı daha yaxından tanıdıq. Rəqibin potensialını bildik. Cavab görüşünə yetərincə hazırlaşmışıq və sabah  "Rakov"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik".

O, Bakıya qələbə üçün gəldiklərini söyləyib: “Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, ilk matça bir qol fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda da qələbə qazanmağa çalışacağıq”.

Şvarqa oyunsonrası penaltilər seriyasına hazırlaşmaları barədə sualı belə cavablandırıb: “Çempionlar Liqasındanın bütün mərhələlərində olduğu kimi, sabahkı matç üçün penaltilər seriyasına hazırlaşırıq. Sabahkı oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə, bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan çox şey asılıdır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az