Buffon karyerasını başa vurdu

23:20 - 01 Avqust 2023

Buffon karyerasını başa vurdu

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon peşəkar karyerasını başa vurub.

 

Manset.az xəbər verir ki, 45 yaşında futbolla vidalaşan qolkiper qərarını sosial şəbəkə hesabından etdiyi paylaşımla açıqlayıb.

Əfsanəvi oyunçu "Hər şey üçün təşəkkürlər" yazıb.

Qeyd edək ki, son klubu "Parma" olan Canluici Buffon karyerası ərzində "Yuventus" və Fransanın PSJ komandalarında da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az