Azərbaycan millisinin üzvü Türkiyə klubunda

16:35 - 03 Avqust 2023

Azərbaycan millisinin üzvü Türkiyə klubunda

Bir neçə gün əvvəl “Kəpəz”lə müqavilə imzalayan Bəxtiyar Həsənalızadə klubunu dəyişməyə hazırlaşır.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. O, I Liqa təmsilçisi “Tuzlaspor”la anlaşıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü son olaraq “Sabah”ın formasını geyinib.

Onu da qeyd edək ki, “Kəpəz”də bu, yayın ilk belə ayrılığı deyil. Bir müddət əvvəl Gəncə klubu ilə iki illik müqavilə imzalamış Zamiq Əliyev daha sonra “Araz Naxçıvan”a keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az