Ulduz oyunçu transferinin pərdəarxası haqda danışdı

17:37 - 03 Avqust 2023

Ulduz oyunçu transferinin pərdəarxası haqda danışdı

Bir müddət əvvəl Shakhtar Donetsk ilə müqaviləsini pozan Tetenin adı "Beşiktaş" və "Fənərbaxça" ilə hallanırdı.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz oyunçu Tetenin transferinin pərdəarxası üzə çıxıb.

Tete jurnalistlərə açıqlamasında bildirib ki, təmsilçim hazırda klublarla danışıqları davam etdirir:

“Futbolçunun sözlərinə görə hazırda İstanbuldayam və transfer danışıqlarının dəqiqləşməsini gözləyirəm. Həm Türkiyə, həm də Avropanın beş böyük liqasından təkliflər var. Hələ heç nə aydınlaşdırılmayıb”.

"Fənərbaxça"ya yaxın mənbələr isə futbolçunun transferinə maraq göstərmədiyini qeyd ediblər.

Qeyd edək ki, Tete əslində hazırda “Shakhtar” oyunçusudur. Lakin Ukrayna-Rusiya müharibəsi səbəbindən FİFA Oyunçuların Statusu və Transferləri haqqında Əsasnamənin 7-ci əlavəsində verilmişdir.

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az