Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Manset.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Fənərbaxça", "Beşiktaş" və "Adana Dəmirspor"un mümkün rəqibləri müəyyənləşib.
3-cü təsnifat mərhələsində “Beşiktaş” “Neftçi” Bakı ilə, “Fənərbaxça” “Maribor” ilə, “Adana Dəmirspor” isə “Osiyek”lə qarşılaşıb. Təmsilçilər bu mərhələni keçsələr qruplar qarşısında sonuncu mərhələ olan pley-offda mübarizə aparmaq şansı qazanacaqlar.
Püşkün nəticəsi belədir:
Adana Dəmirspor / NK Osijek - Olimpiakos / Genk
“Adana Dəmirspor” Osijeki mübarizədən kənarlaşdırsa, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Olimpiakos-Genk”in uduzan komandası ilə qarşılaşacaq.
Beşiktaş / Neftçi Bakı - Aris / Dinamo Kiyev
"Neftçi Bakı" ilə qarşılaşacaq "Beşiktaş" pley-off mərhələsində rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə "Aris" - "Dinamo" Kiyev matçının qalibi ilə qarşılaşacaq.
Fənərbaxça/NK Maribor - Tvente/Riqa
"Fənərbaxça" 3-cü təsnifat mərhələsində "Maribor"u mübarizədən kənarlaşdırsa, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Tvente" - Riqa matçının qalibi ilə qarşılaşacaq.
Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə avqustun 31-də keçiriləcək.
Aygün
Manşet.az