"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarıldı

17:52 - 07 Avqust 2023

\"Sabah\" - \"Partizan\" oyununun biletləri satışa çıxarıldı

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bilet satışına başlanılıb.

 

Klubdan Manset.az-a verilən məlumata görə, biletləri "iticket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə "Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

Satılmış hər biletdən əldə olunan 1 manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az