“Neftçi” “Qalatasaray”ın 24 yaşlı futbolçusunu almağa çox yaxındır

10:01 - 08 Avqust 2023

“Neftçi” “Qalatasaray”ın 24 yaşlı futbolçusunu almağa çox yaxındır

Türkiyənin "Qalatasaray" klubunun  futbolçusu Olimpiu Morutan “Neftçi”yə keçməyə yaxındır.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə iddia İtaliya mətbuatında yayılıb.

Məlumata görə, “Ağ-qaralar” 24 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb etmək istəyir.

Ötən mövsümü müqavilə əsasında getdiyi “Piza” ilə uğurlu çıxış edən Morutanla “Bari”, “Palermo”, “Sampdoriya” kimi komandaların da maraqlandığı vurğulanıb.

2021-ci ildə "Qalatasaray"ın heyətinə qatılan rumıniyalı futbolçunun klubla 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, yarımmüdafiəçi “CimBom”da Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin heyətində yer almayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az