“Qalatasaray”ın səfər sınağı, Mahir Emrelinin komandası Yunanıstan klubuna qarşı - Çempionlar Liqası

10:30 - 08 Avqust 2023

“Qalatasaray”ın səfər sınağı, Mahir Emrelinin komandası Yunanıstan klubuna qarşı - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə yeddi oyun baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Yunanıstanda AEK-in qonağı olacaq.

Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya” ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” - HIK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

22:00. “Rakuv” (Polşa) - “Aris” (Kipr)

22:00. “Kopenhagen” (Danimarka) - “Sparta” (Çexiya)

22:30. PSV (Niderland) - “Şturm” (Avstriya)

22:45. AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)

22:45. “Klaksvik” (Farer adaları) - “Molde” (Norveç)

23:00. “Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə)

23:00. “Braqa” (Portuqaliya) - “Baçka Topola” (Serbiya)

Qeyd edək ki, bu raundun digər üç oyunu avqustun 9-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az