Bu gün Çempionlar Liqasında daha 3 oyun keçiriləcək

08:35 - 09 Avqust 2023

Bu gün Çempionlar Liqasında daha 3 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Manset.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Fransa "Marsel"i Yunanıstanda "Panatinaikos"un, İsrailin "Makkabi" (Hayfa) komandası Slovakiyada "Slovan"ın, İsveçrə "Servett"i isə Şotlandiyada "Reyncers"in qonağı olacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust

22:00. "Panatinaikos" (Yunanıstan) - "Marsel" (Fransa)

22:30. "Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail)

22:45. "Reyncers" (Şotlandiya) - "Servett" (İsveçrə)

Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az