Superliqada 20-ci həftənin hakimləri açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Liqanın 15-ci həftəsində "Ankaragücü"nün keçmiş prezidenti Faruk Koca tərəfindən yumruqla vurulan hakim Halil Umut Meler yanvarın 14-ü bazar günü meydanlara qayıdır. Meler yanvarın 14-ü bazar günü keçiriləcək "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.
Qeyd edək ki, Halil Umut Meler, dekabrın 11-də MKE Ankaragücü ilə Çaykur Rizespor arasında 15-ci həftə oynanılan matçdan sonra meydan sahiblərinin prezidenti Faruk Koca və 2 nəfərin hücumuna məruz qalıb və 2 gün xəstəxanada qalıb. Bu hücumdan sonra liqada 16-cı həftənin oyunları təxirə salınıb. Faruk Koca isə həbs olunaraq həbssiz mühakimə üzrə sərbəst buraxılıb.
Əfsanə
manşet.az