"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Manset.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti açıqlanmayıb.
23 yaşlı sol cinah vingeri "Nefçi"də 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son klubu Bolqarıstan yüksək liqa təmsilçisi "Lokomotiv" (Plovdiv) olan Konte bu movsüm yerli çempionatda 20 oyunda meydana çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini edib. O, 2023-cü ilin noyabrından Syerra-Leone millisinin 2 oyununa dəvət alıb.