29 aptekdə yoxlama aparıldı - 5-də nöqsan aşkarlandı

16:52 - 02 Avqust 2024

29 aptekdə yoxlama aparıldı - 5-də nöqsan aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə ümumilikdə 29 aptekdə yoxlama aparıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.

"Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib", - deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az