Bu xanıma TƏBİB-də vəzifə verildi

19:05 - 12 Oktyabr 2024

Bu xanıma TƏBİB-də vəzifə verildi

Aysel Pənah qızı Bayramova TƏBİB-in İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri təyin olunub.

 

Manset.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, A.Bayramova bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az