Əhalinin NƏZƏRİNƏ! - Sarı və narıncı xəbərdarlıq edildi

13:10 - 16 Oktyabr 2024

Əhalinin NƏZƏRİNƏ! - Sarı və narıncı xəbərdarlıq edildi

Azərbaycanın bəzi bölgələrində oktyabrın 17-si gündüzdən 19-u gündüzədək küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.


Bu barədə Manset.az-a Milli Hidrometerologiya İdarəsindən məlumat verilib.

Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az