Ağdam Cümə məscidi bərpa edilir

18:23 - 25 Noyabr 2021

Ağdam Cümə məscidi bərpa edilir

İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.

Manşet.az xəbər verir ki, artıq ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb, inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.

Qeyd edək ki, Cümə məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir ediləcək.

Xatırladaq ki, 30 ilə yaxın ermənilərin işğalı altında olan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə yeganə yarısağlam qalan tikili Cümə məscidi olub. Ermənilər ibadət ocağının minarəsindən ətraf ərazilərə nəzarət etmək üçün istifadə edib, məscidin özündə isə mal – qara və donuz saxlayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az