İTV-nin jurnalisti bu rəqsinə görə işdən çıxarılıb? – VİDEO

13:06 - 02 İyun 2025

İTV-nin jurnalisti bu rəqsinə görə işdən çıxarılıb? – VİDEO

Jurnalist Nəzrin Hüseynzadə məzun günündə rəqs etdiyi üçün İTV-dən işdən çıxarıldığını iddia edib.


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, jurnalist rəqs videosunu yayımlayaraq, təhsil aldığı Bakı Dövlət Universitetində problem yaşadığını bildirib:

“Məzun günümdə heç bir quruma bağlı olmadan, sadə bir tələbə statusunda məzunlar üçün təşkil edilən bədi konsert proqramı hissəsi zamanı səhnəyə çıxaraq rəqs etdim (videonu yerləşdirirəm). Heç bir nalayiq davranış sərgiləmədən, universitetin, fakültənin və ən əsası şəxsimin reputasiyasına xələl vermədən sadəcə günün anlam və önəmini qeyd etdiyim 33 saniyəlik bir ana görə, arenanın mühafizə əməkdaşı tərəfindən “içkilisən” damğasına məruz qaldım. Rəhbərliyə şikayət etdiyim üçün son 2 ildir BDU rəhbərliyi çalışdığım qurumlara bu məsələni qabardaraq professional imicimə xələl gətirmə cəhdləri irəli sürür. Bildirmək istəyirəm ki, sözügedən davranış videodakı 33 saniyədən ibarətdir və heç bir spirtli içkidən söz gedə bilməz. Demokratik dövlətin vətəndaşı kimi məzun gününün sevincini bölüşən tələbənin səmimi görüntüsündən başqa bir hal deyil. Bu məsələni qabardaraq professional imicimə zərbə vurmağa çalışan BDU mətbuat xidmətinin rəhbəri Kəmalə xanım İTV-dəki işimdən öz ərizəmi yazaraq istefa verməyimə səbəb olub. Fikret Dolukhanovun bunu təsdiq edəcəyinə əminəm. 23 yaşlı gənc jurnalistə, məzunlarına dəstək olmaq əvəzinə karyerasına zərbə vurmağa çalışan bu şəxslərə ictimai formada etiraz edirəm!”.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv