Sumqayıt-Bakı qatarı yolda qaldı

10:52 - 07 İyul 2025

Sumqayıt-Bakı qatarı yolda qaldı

Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb.


Manset.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqəyə yaxın yolda qalıb.

Problemlə bağlı ADY-nin Mətbuat xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, qatarın hərəkəti üçün tədbirlər görülüb:

"Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb.

Qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az