Natiq Cəfərlinin atası ilə bağlı yayılan xəbərlər yalanlandı.
Manset.az xəbər verir ki, Natiq Cəfərli bu barədə özünün "Facebook" hesabında açıqlama verərək atasının hazırda sağ olduğunu, lakin komada olduğunu bildirib.
***
12:39
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
Manset.az Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.