Taksilərdə gedişhaqqı artıb? - AÇIQLAMA

11:45 - 02 Sentyabr 2025

 Taksilərdə gedişhaqqı artıb? - AÇIQLAMA

Biri deyir gedişhaqqı qalxıb, digəri isə təkzib edir.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, son günlərdə sosial şəbəkələrdə taksilərdə qısa məsasfələr üçün gedişhaqqı qiymətlərinin ardığı ilə bağlı məlumatlar yayılıb. ''UBER'' taksi şirkətində ilkin qiymətin 4, ''Boltda'' isə 3 manat 50 qəpik olduğu deyilir.

Gediş haqqında artım olub-olmadığını öyrənmək üçün sürücülərin fikirlərini öyrəndik. Əksər sürücülər qiymətin artdığını desələr də, bəziləri bu fikri təkzib etdilər.

Qeyd edək ki, taksilərdə gedişhaqqı ən yaxın ünvana minumum gedişhaqqı 2.50 qəpik təşkil edirdi. Taksi sürücülərinin fikirlərindən belə başa düşmək olur ki, qiymətlərdə xüsusən də günün pik saatlarında artım var.

Məsələ ilə bağlı ''UBER''in mətbuat xidmətindən bildirdilər ki, ümumi gedişhaqqını formalaşdıran məbləğlər dəyişdirilməyib. Qiymətə səfərin vaxtı və məsafəsi, xəttə çıxan azad sürücülərin sayı və sərnişin təlabatı təsir edir.

''BOLT'' şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə bildirdilər ki, qiymətlərdə artım yoxdur. Amma bəzi istisinalar var ki, bu da qiymətlərə təsir edə bilər. "Xüsusən günün pik saatlarında, yəni tələb çox olduğu halda, pis hava şəraitində, təmir səbəb ola bilir", - deyə şirkətdən qeyd etdilər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az