"Mən kimlərinsə yatdığını görməmişəm" - AMEA prezidenti

21:04 - 25 Fevral 2026

\"Mən kimlərinsə yatdığını görməmişəm\" - AMEA prezidenti

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda diqqət çəkən məqamlardan biri elmi müzakirələrin aparıldığı vaxt bəzi alimlərin mürgüləməsi ilə bağlı yayılan görüntülər olub. Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Manset.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb. O, elm adamlarının iclas zamanı yuxuya getməsi ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışıb:

"Mən kimlərinsə yatdığını görməmişəm. Belə bir halın şahidi olmamışam. İclas yüksək səviyyədə keçirildi, qarşıda qoyulan məqsədlərə cavab verdi və yekunlaşdırıldı. Belə xırda məsələlərlə işimizə kölgə salmaq doğru deyil".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az