Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.