logo
logo logo
logo

Dənizdə boğulduğu iddia edilirdi - Ölkəni tərk etdiyi məlum oldu

16:11 - 22 Avqust 2026

Dənizdə boğulduğu iddia edilirdi - Ölkəni tərk etdiyi məlum oldu

Dənizdə boğulduğu deyilən şəxs hava yolu ilə ölkəni tərk edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

    Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.

    Araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, üç gün öncə Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəldiyi qeyd edilib. Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az