logo
logo logo
logo

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

23:34 - 23 Avqust 2026

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 24-də bir sıra rayonlarda və paytaxtda elektrik şəbəkələrində təmir işləri aparılacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10 kV-luq elektrik xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Ağdaş EŞ-yə daxil olan 35 kV-luq “Pirəzə” və 10 kV-luq “Kükəl” hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan, Pirəzə kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.

Bərdə EŞ ərazisində yerləşən 35/10 kV-luq “Şirvanlı” yarımstansiyasında 16 mVA gücündə yeni transformatorun quraşdırılması ilə əlaqədar planlı fasilə saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı, Uğurbəyli kəndlərini əhatə edəcək.

Goranboyda bir sıra 10 kV-luq hava xətləri boyunca həyata keçirilən ağac budanması işləri ilə əlaqədar saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək Xınalı, Qaramusalı kəndlərinin bir hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.

Regionlarla yanaşı paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nazim Hikmət küçələrinin bir hissəsində enerjinin verilişində məhdudiyyət yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az