logo
logo logo
logo

Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil 

17:38 - 04 Noyabr 2026

Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil 

Neftçilər prospektində yerləşən avtobus zolağının işləmə qrafikində dəyişiklik edilib.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, əvvəllər fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən bu zolağın tətbiq qaydalarına yenidən baxılıb.

Mövcud yeniliyə əsasən, zolaq hər gün yalnız səhər saat 07:00-dan 10:00-dək və axşam 17:00-dan 20:00-dək qüvvədədir.

Göstərilən bu saat aralıqlarından kənar vaxtlarda sürücülərin həmin zolağa daxil olmasına icazə verilir.

Qeyd edək ki, Formula-1 ilə əlaqədar Neftçilər prospektinin ətrafına maneələr düzüldüyündən həmin ərəfədə ümumiyyətlə avtobus zolağı qüvvədə deyildi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az