Cıdır düzündə Azərbaycan bayrağı dalğalandırıldı - FOTOLAR

20:57 - 07 Avqust 2022

Cıdır düzündə Azərbaycan bayrağı dalğalandırıldı - FOTOLAR

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində əzəmətli Cıdır düzündə olublar.

 

Bu barədə Manset.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan!” “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.

Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə sözlə izah edilə bilməyəcək xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar. Düşərgə iştirakçıları həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az