Şəmkirdə sel zamanı 2 nəfər xəsarət aldı

09:18 - 08 Avqust 2022

Şəmkirdə sel zamanı 2 nəfər xəsarət aldı

Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Qərb bölgəsində leysan xarakterli yağış yağıb.

Şəmkirin İrmaşlı kəndinə yağan leysan yağışdan sonra əraziyə sel gəlib, təbii hadisə zamanı iki nəfər ehtiyatsızlıqdan sel sularına düşüb. Onlar ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıblar.

Xəsarət alan 2005-ci il təvəllüdlü Ş.Məmmədova və daha bir nəfər hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadasının maşınları ilə xəstəxanaya aparılıblar.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az