Deputat ünvanlı sosial yardımın uşaqpulu kimi verilməsini təklif etdi

11:52 - 18 Noyabr 2022

Deputat ünvanlı sosial yardımın uşaqpulu kimi verilməsini təklif etdi

Azərbaycanda ünvanlı dövlət sosial yardımın uşaqpulu kimi verilməsi təklif olunur.

 

Manset.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin noyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda uşaqpulu məsələsi cəmiyyətdə aktual mövzudur: "Biz əlimizdə olan imkanlarla mümkün addımları atmalıyıq. Bu gün iki nəfərlik ailəyə ünvanlı sosial yardım düşmür. Bu müavinət yalnız ata-ana ilə yanaşı, ailədə iki və daha çox uşağı olan ailələrə verilir. Ailədə bir nəfər işləyirsə, ona bu yardım təyin olunur. Bəlkə elə yardımı uşaqpulu formasında ödəyək və məsələyə birdəfəlik son qoyaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az