Milyarder Fərhad Əhmədovun Göyçaydakı obyektlərində AXTARIŞ APARILIR

17:20 - 18 Noyabr 2022

Milyarder Fərhad Əhmədovun Göyçaydakı obyektlərində AXTARIŞ APARILIR

Bu dəqiqələrdə Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri aparılır.

 

Manset.az xəbər verir ki, bu barədə Caliber-də məlumat yayılıb.

Qeyd edək ki, F.Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın "Forbes" siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2004-2010-cu illərdə Rusiya Federasiyası Şurasının üzvü olub. 2022-ci ilin aprelində Aİ və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az