Pişiyi düşürmək istədi, özü ağacda qaldı - VİDEO

14:19 - 22 Noyabr 2022

Pişiyi düşürmək istədi, özü ağacda qaldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Manset.az xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Məlum olub ki, həmin şəxs ağacda qalmış pişiyi düşürmək məqsədilə ağaca dırmanıb və özü köməksiz vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşı ağacdan düşürüblər. Pişik isə xilasedicilər gələnə kimi ağacdan düşə bilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az