Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 428 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 112, ikinci doza üzrə 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 195-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 45-dir.