Dövlətə xəyanətdə təqsirləndirilən şəxslə bağlı QƏRAR- FOTOLAR

18:25 - 22 Noyabr 2022

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslə bağlı QƏRAR- FOTOLAR

Sosial şəbəkələrdə “Hüseynçi” ləqəbi ilə tanınan və radikal dindar kimi təqdim olunan Səbuhi Səlimov barəsindəki məhkəmə işi yekunlaşıb.

 

Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az