Şadlıq sarayında nöqsanlar aşkarlandı - FOTOLAR

18:30 - 22 Noyabr 2022

Şadlıq sarayında nöqsanlar aşkarlandı - FOTOLAR

Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulduğu və heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan istifadə edildiyi müəyyən olunub.

Aşkar olunmuş qanun pozuntularına əsasən, sahibkar inzibati məsuliyyətə cəlb olunub, həmçinin müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların aradan qaldırılması barədə göstəriş verilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az