Şamaxı rayonunun 2 kəndinin elektrik şəbəkəsi yenidən quruldu

11:23 - 23 Noyabr 2022

Şamaxı rayonunun 2 kəndinin elektrik şəbəkəsi yenidən quruldu

“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.

 

Manset.az xəbər verir ki, layihə çərçivəsində Şamaxının Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənarda, çətin relyefli ərazidə yerləşir. Kəndin enerji təsərrüfatı 70 ildən çoxdur istimarda idi.

Yenidənqurma işləri nəticəsində Zarat Xeybəri kəndində 2 komplekt transformator məntəqəsi quraşdırılıb. 5 km-a yaxın 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xəti tam yenilənib.

Ərçiman kəndində də 10 və 0,4 kV-luq elektrik xətləri ləğv edilərək 20 km-dən artıq yeni kabel xətti çəkilib. Kənddə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.

Hər iki kənddə abonentlərin sayğacları yenisi ilə əvəzlənib.

Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az