“1200 yerlik məktəbdə 4 500 şagird oxuyur” - DEPUTAT

13:22 - 25 Noyabr 2022

“1200 yerlik məktəbdə 4 500 şagird oxuyur” - DEPUTAT

Bakının, Mərdəkan, Şağan, Buzovna və Qala qəsəbələrində 1 200 yerlik məktəblərdə 4 500 şagird oxuyur.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Rauf Əliyev bildirib.

“Təklif edirən ki, məktəblərdə şagird sıxlığının aradan qaldırılması ilə bağlı dövlət proqramı qəbul olunsun, tədricən əlavə korpuslar tikilsin”, - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Bakının ətrafında bir neçə qəsəbədə yeraltı sular üzə çıxır və vətəndaşlara problem yaradır: “Bu təbiətdən asılı bir məslədir. iki millət vəkili ilə birlikdə baş nazir Əli Əsədova məktub göndərmişəm. Təklifimiz bundan ibarətdir ki, yeni qəsəbələr salınsın. Xüsusilə Şağan qəsəbəsində vəziyyət çox ağırdır, yağış yağandan sonra lap acınacaqlı olur”.

R.Əliyev qeydiyyatsız evlərdən də danışıb: “Təkcə Xəzər rayonunda 15 min, Piallahı rayonunda isə 1,5 min qeydiyyatsız ev var. Bu evlərin sahibləri komunnal xidmətlərlə bağlı müraciət edəndə problem yaşanır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az