"Şuşanın 270 anı" adlı bədii-sənədli filmin nümayişi keçirildi - FOTOLAR

15:16 - 25 Noyabr 2022

\"Şuşanın 270 anı\" adlı bədii-sənədli filmin nümayişi keçirildi - FOTOLAR

Bu gün 83 nömrəli məktəb-liseydə "Cəmiyətin və medianın inkişafı" ictimai birliyinin rəhbəri, jurnalist Lalə Azərtaşın təqdimatında "Şuşanın 270 anı" adlı bədii-sənədli filmin nümayişi keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə məktəb-liseyin şəhid məzunlarının anaları Mətanət Nəcəfova, Təranə İsmayılova, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.  

Tədbirdə ilk olaraq  Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla  yad edildi.

Daha sonra məktəb -liseyin direktoru Almaz Bayramova  çıxış edərək qonaqları təqdim etdi, yetişməkdə olan gənc nəslin təlim tərbiyəsində belə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.Jurnalist Lalə Azərtaş filmin ərsəyə gəlməsi haqqında geniş məlumat verdi.

Film maraqla izlənildi. Məktəbin tarix müəllimi Afaq Vəliyeva çıxış edərək, film haqqında öz təəssüratlarını bıldirdi. Şəhid məzunların analarına söz verildi və onların çıxışları, film haqqına təəssüratları tədbir iştirakçılarını  çox təsirləndirdi. Məktəb-liseyin tarix müəllimi Natavan Mustafayevanın və məzun Altay Əlinin  Şuşadan birgə hazırladıqları təqdimat  nümayiş etdirildi. Sonda 10-cu sinif şagirdi Hüseyn Hüseynov vətənpərvərlik ruhunda mahnısını ifa etdi.

Zalda iştirak edən şagirdlər üç rəngli bayrağımızı dalqalandıraraq "Qarabaq Azərbaycandır" şüarını səsləndirdilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az