Metroda cibgirlik edən şəxs SAXLANILDI

13:56 - 26 Noyabr 2022

Metroda cibgirlik edən şəxs SAXLANILDI

Bakı metrosunda oğurluq olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə 3 sərnişinin mobil telefonlarının metro stansiyalarında qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az