Naxçıvanın məşhur Daxili İşlər naziri azadlığa buraxıldı - Xəstəxanaya yerləşdirildi

20:00 - 28 Noyabr 2022

Naxçıvanın məşhur Daxili İşlər naziri azadlığa buraxıldı - Xəstəxanaya yerləşdirildi

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, general-leytenant Ə.Əhmədov bu gün günorta saatlarında həbsdən azad edilib.Hazırda vəziyyəti pis olduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilib.

Bildirək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov bu günlərdə azad olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib.


Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.O, 2017-ci ildə vəzifəsindən azad olunduqdan sonra həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az