AzQAC Azərbaycanda İcmanın Gücləndirilməsi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının inkişafı adlı tədbirdə iştirak etdi - FOTOLAR

09:50 - 27 İyul 2023

AzQAC Azərbaycanda İcmanın Gücləndirilməsi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının inkişafı adlı tədbirdə iştirak etdi - FOTOLAR

26 İyul 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF) ,Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QAÇQINKOM) birgə təşkilatçılığı ilə Azərbaycanda İcmanın Gücləndirilməsi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının inkişafına həsr olunmuş tədbir keçirilib. 


Manset.az xəbər verir ki, tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov açılış nitqi ilə çıxış ediblər. 


Tədbirin əsas məqsədi  müvafiq maraqlı tərəfləri İcmaların gücləndiril məsində səlahiyyətləndirmənin əhəmiyyəti və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığın inkişafında rolu barədə məlumatlandırmaqdır.


Tədbiri açılış sözü ilə başlayan Novruz Aslanov hər kəsi  AzQAC-ın rəhbərliyi, könüllüləri və Cəmiyyətin çoxsaylı üzvləri adından salamladı və təşkilat arasında görülən işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr barədə danışdı. O xüsusilə,  covid-19 pandemiya dövründə Amerikan İnkişaf Agentliyi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası,  Beynəlxalq Qızıl Xaç Komitəsi və Türk Qızıl Ayının göstərilən dəstəkləri xüsusi vurğuladı. Daha sonra Novruz Aslanov tərəfdaşlarla keçiriləcək humanitar əlaqələr haqqında imzalanması nəzərdə tutulan memorandum haqqında söhbət açdı və Komitənin sədri Rövşən Rzayevə  gələcək lahiyədə iştirak edəcəklərinə görə təşəkkür etdi.


Davron Muhammadiyev və Fuad Hüseynov da öz növbəsində iştirakçıları salamladı və tərəfdaşlarla keçiriləcək humanitar əlaqələr haqqında imzalanması nəzərdə tutulan memorandumun vacibliyindən danışdılar. Onlar da fəaliyyətlərin daha şəffaf və  daha uğurlu olması üçün çalışacaqlarını bildirdilər.

Daha sonra BQXQACF-nın Proqram və Əməliyyatlar üzrə meneceri Sərdar Günel BQXQACF və AzQAC-ın birlikdə həyata keçirdikləri işlər və layihələr haqqında danışdı və bunların  önəmliliyini  vurğuladı .

Sonda Novruz Aslanov , Davron Muhammadiyev və Fuad Hüseynov xatirə şəkili çəkdirdilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az