Türkiyənin Maltadakı səfiri vəfat etdi

14:03 - 19 May 2025

Türkiyənin Maltadakı səfiri vəfat etdi

Türkiyənin Maltadakı səfiri Erdeniz Şen uzun sürən xəstəlik səbəbindən vəfat edib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, 51 yaşlı səfir bir müddətdir müalicə aldığı Ankarada bu gün dünyasını dəyişib.

Türkiyə Xarici İşlər Nazirliyi səfirin vəfatı ilə bağlı başsağlığı mesajı yayıb. Mesajda deyilir:

"1996-cı ildən etibarən nazirliyimizdə xidmət edən və Türkiyə Respublikasının Maltadakı səfiri kimi dövlətimizi təmsil edən cəmiyyətimizin dəyərli üzvü Erdeniz Şenin 19 may 2025-ci il tarixində vəfat etməsi bizi dərin hüznə boğdu. Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk."

Erdeniz Şen 12 iyul 1974-cü ildə Ankarada anadan olub. 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirdikdən sonra Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. Karyerası ərzində nazirliyin müxtəlif strukturlarında vəzifələr icra edən Şen, son olaraq səfir və Xarici Siyasət Koordinasiya Mərkəzində Baş direktor müavini kimi çalışıb.

O, eyni zamanda Türkiyə Böyük Millət Məclisində və bir sıra xarici diplomatik missiyalarda – Bəhreyn, Roma və Vaşinqtonda fəaliyyət göstərib. Şen həmçinin Torontoda baş konsul vəzifəsində də çalışıb.

Erdeniz Şen 9 dekabr 2022-ci il tarixində Türkiyənin Maltadakı səfiri təyin edilmişdi. O, evli və iki uşaq atası idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv